Bakı. Trend:
İnnovasiya lideri "Bakcell" Ümumdünya Autizm Maarifləndirmə Ayıçərçivəsində “Birgə və Sağlam” İctimai Birliyi tərəfindən təsisedilən Kaşalata kafedə “İnklüzivlikdə İnnovativ Həllər” adlı görüştəşkil edib.
Tədbirin əsas məqsədi rəqəmsallaşan dünyada neyro-müxtəlifliyiolan şəxslər üçün inklüziv yanaşmaların inkişafını təşviq etmək, buistiqamətdə tətbiq olunan innovativ həlləri və real təcrübələrimüzakirə etmək olub. Görüşdə dövlət və özəl sektor nümayəndələridaxil olmaqla, ümumilikdə 30-dan çox qonaq iştirak edib.
Tədbir çərçivəsində inklüziv cəmiyyətin formalaşdırılmasınayönəlmiş müasir yanaşmalar, məşğulluq və təhsil imkanlarınıngenişləndirilməsi, həmçinin sosial sahibkarlıq modelləri ətrafındafikir mübadiləsi aparılıb. “Birgə və Sağlam” İctimai Birliyinintəsisçisi və sədri Aytən Eynalovanın moderatorluğu ilə keçirilənmüzakirədə millət vəkili Nigar Arpadarai, AZAL-ın İnsan Resurslarıidarəsinin rəhbəri Ellada Alışova və "Bakcell"in İctimaiyyətləəlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru AyselSüleymanova çıxış ediblər.
Tədbirdə iştirak edən uşaqlar virtual reallıq (VR) texnologiyasıilə hazırlanmış oyunları sınaqdan keçirib, eyni zamanda öz rəsməsərlərini sərgiləyərək yaradıcılıqlarını nümayiş etdiriblər. Buyanaşma inklüziv mühitdə texnologiyanın və yaradıcılığın necəbirləşə biləcəyini praktiki şəkildə göstərib.
"Bakcell" inklüziv cəmiyyətin qurulmasına dəstək strategiyasıçərçivəsində neyro-müxtəlifliyi olan şəxslərin inkişafını, bərabərimkanların yaradılmasını və inklüziv yanaşmalarıngenişləndirilməsini hədəfləyən layihələri davamlı şəkildə həyatakeçirir. Şirkət texnologiya və sosial təşəbbüsləri bir arayagətirərək cəmiyyətin dayanıqlı inkişafına töhfə verməyə davamedir.
“Birgə və Sağlam” İctimai Birliyi neyro-müxtəlifliyi olanşəxslərin və onların ailələrinin sosial rifahını dəstəkləyir,autizmli şəxslərin cəmiyyətə inteqrasiyası, inklüziv təhsil vəməşğulluq imkanlarının artırılmasına yönəlmiş layihələr həyatakeçirir. Birliyin təşəbbüsü ilə yaradılmış Kaşalata kafe isəneyro-müxtəlifliyi olan gənclərin məşğulluğunu dəstəkləyən önəmlisosial platformalardan biridir.
"Bakcell" haqqında
"Bakcell" Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan "Bakcell" süni intellekt əsaslıinnovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfəverir.
"Bakcell" müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.