AZ

"PSJ" və "Bayern" məşqçiləri arasında maraqlı dialoq - VİDEO

UEFA Çempionlar Liqasının yarımfinalında "PSJ" və "Bayern" komandaları arasında keçirilən oyundan sonra baş məşqçilər arasındakı dialoq diqqət çəkib.

Ucnoqta.az xəbər verir ki, 5-4 hesabı ilə yekunlaşan oyundan sonra qarşılaşan PSJ-nin baş məşqçisi Luis Enrike "Bavariya"lı həmkarı Vinsent Kompaniyə belə deyib:

-Orada oturmuşdunuz. Bizim düzülüşümüzü gördünüz. Bəyəndinizmi?

Cəza səbəbindən tribunada olan Vinsent Kompani: Xeyr, bəyənmədim! - cavabını verib.

Matçdan sonra hər iki məşqçi Çempionlar Liqasının yarımfinalında rekord sayda qol vurulmasından məyus olmadıqlarını bildirib və hər iki komandanın möhtəşəm futbol oynadığını qeyd edib.

Seçilən
34
47
ucnoqta.az

10Mənbələr