AZ

PSJ qapıçısı ilə vidalaşmağa hazırlaşır

PSJ-nin qapıçısı Lukas Şevalye cari mövsümün sonunda klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira sosial media hesabı üzərindən məlumat yayıb. 

Mənbənin məlumatına görə, mövsüm ərzində mövqeyini rusiyalı qapıçı Matvey Safonova uduzaraq komandanın iki nömrəsi olan 24 yaşlı fransalı durumundan narazıdır. Şevalyenin agentlərinin onun üçün uyğun variantlar axtarmağa başladığı bildirilir.

Şevalye ötən yay Paris klubuna qoşulub. O, PSJ ilə 2030-cu ilin iyun ayının sonuna qədər olan uzunmüddətli müqavilə imzalayıb. Fransalı qolkiperin bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir. 

Lukas cari Liqa 1 mövsümündə 17 oyun keçirib və 13 qol buraxıb.

Mirağa

Seçilən
48
1
fanat.az

2Mənbələr