AZ

AİB Azərbaycan və digər ölkələrdə yeni nəsil sərhəd-keçid məntəqələrinin yaradılması üzrə layihəni təsdiqləyib

Bakı. Trend:

Asiya İnkişaf Bankı Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıqproqramına (CAREC) üzv ölkələr üçün yeni nəsil sərhəd-keçidməntəqələrinin inkişafı üzrə layihəni təsdiqləyib.

Trend bu barədəbanka istinadən xəbər verir.

Regional layihə Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan,Monqolustan, Pakistan, Çin, Tacikistan, Türkmənistan və Özbəkistanıəhatə edir.

Layihənin icrası 1 milyon ABŞ dolları məbləğində Xüsusi TexnikiYardım Fondu hesabına dəstəklənəcək.

Texniki yardım, iqlim və innovativ həllər nəzərə alınmaqlasərhəd-keçid məntəqələrinin inkişafında, xüsusilə CAREC ölkələrinəfokuslanmaqla, Asiya İnkişaf Bankı və inkişaf etməkdə olaniqtisadiyyata malik iştirakçı ölkələrə dəstəyin göstərilməsinəyönəlib. Təşəbbüs çərçivəsində regionun nəqliyyat dəhlizləriboyunca kiçik layihələr silsiləsinin maliyyələşdirilməsini nəzərdətutan BUILD mexanizmi çərçivəsində sərhəd infrastrukturununmodernləşdirilməsi layihələrinin təşviqi üçün CAREC platformasındanistifadə olunacaq.

Texniki yardım ən azı üç prioritet sərhəd-keçid məntəqəsilayihəsinin hazırlanmasını (ilkin əsaslandırma, texniki-iqtisadiəsaslandırmalar və kompleks ekspertiza daxil olmaqla), BUILDmexanizmi vasitəsilə maliyyələşdiriləcək sərhəd-keçid məntəqəsilayihələrinin hazırlanması və icrası üçün yeni yanaşmanın işlənibhazırlanmasını, eləcə də CAREC ölkələrinin sərhəd infrastrukturununinkişafı və idarə olunması sahəsində potensialının artırılmasıtədbirlərini əhatə edir.

Layihənin sərhədlərdə infrastruktur və prosedurlarıyaxşılaşdıracağı, həmçinin CAREC nəqliyyat şəbəkəsi boyunca ticarətüçün vaxt və xərcləri azaldacağ gözlənilir.

Məqalədə:
Seçilən
80
1
az.trend.az

2Mənbələr