AZ

Premyer-liqada 60-cı qol

Misli premyer-liqasının 29-cu turunun “Turan Tovuz”la səfər oyununda (1:1) vurulan qol Davit Volkov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, gürcüstanlı legioner turnirdə 60-cı dəfə fərqlənib.

O, buna 198-ci oyununda nail olub. Davit bu qolları üç komandanın heyətində vurub.

Ölkə çempionatında 2018/19 mövsümündə debüt edən Davit ölkəmizdəki ilk klubu “Qəbələ”də 7 (27 oyunda), “Sabah”da 16 (63 oyunda) qola sevinib. O, “Zirə”də 37 dəfə (108 oyunda) fərqlənib.

Volkov turnirin tarixində 60 və ya daha çox qol vuran 31-ci futbolçudu.

Seçilən
47
6
football-plus.az

6Mənbələr