AZ

Anar Əliyev: 2029-cu ilədək 30 min şəxsin özünəməşğulluğu təmin ediləcək

BAKI, 29 aprel. TELEQRAF

Özünəməşğulluq proqramının istehsal və xidmətlər üzrə icrasına dövlət bankı tərəfindən dəstək göstərilir və bu əməkdaşlıq çərçivəsində 2029-cu ilədək əlavə 30 min işsiz şəxs özünəməşğuluğunun təşkili təmin ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır” mövzusunda tədbirdə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, 2018-ci ildən etibarən Nazirlik tərəfindən 23 milyon şəxs aktiv məşğulluq tədbirləri ilə əhata olunub.

“Özünəməşğulluq proqramı mikrosahibkarlığın inkişafı, ailə təsərrüfatlarının dəstəklənməsi və yeni iş yerlərin yaradılması baxımından mühüm rol oynayır. Bu proqram çərçivəsində indiyədək 112 min nəfər özünəməşğulluğa cəlb edilib.

İşsiz şəxslərin yeni peşə və ixtisaslara yönləndirilməsi üçün Nazirlik tərəfindən 175 ixtisas sahəsi üzrə 59 mindən çox şəxs peşə hazırlığına cəlb edilib”.

O əlavə edib ki, Azərbaycanda minimum əmək üç dəfə artaraq 400 manata, orta əmək haqqı iki dəfə artaraq 1.099 manatı çatıb, əməkhaqqı fondu isə ölkə üzrə üç dəfə artıb:

“Aparılan islahatlar sosial ösənişlərin isə əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Minimum pensita 2,9 dəfə artaraq 320 manata, orta aylıq pensiya isə, yenə də 2,9 dəfə artaraq 594 manata yüksəlib. Eyni zamanda müavinət və Azərbaycan Prezidentinin təqaüdləri üzrə ödənişlərin həcmi 5 dəfə artıb”.

Seçilən
68
teleqraf.com

1Mənbələr