AZ

Sizi də aldada bilərlər Bu şəxslərin fotolarına diqqətlə baxın

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı sakinlərini hədəf alan təhlükəli dələduz qruplaşması peyda olub. Özünü "ailə" kimi təqdim edən şəxslərin qurbanına çevrilənlərin sayı günü-gündən artır.Demokrat.az xəbər verir ki, bu barədə sosial şəbəkə qruplarında məlumat qeyd olunub.Paytaxtın əksər polis bölmələrində axtarışda olan Əlifov Rza və Aysel adlı qadın vətəndaşların etibarından sui-istifadə edərək bahalı əşyaları mənimsəyirlər. Bu şəxslər elan saytlarında yerləşdirilən qızıl, mobil telefon və kompüterlərlə maraqlanaraq müştəri kimi zəng edirlər.Görüş zamanı malı təhvil alan dələduzlar saxta qəbz göstərərək satıcını aldadırlar. Daha sonra isə onları gözləyən avtomobilə minib hadisə yerindən sürətlə uzaqlaşırlar. Qruplaşmanın daha inandırıcı görünmək üçün görüşlərə uşaqla gəldiyi və "ailə" obrazı yaratdığı bildirilir.Məlumata görə, dələduzlar Sumqayıtda yaşayırlar, lakin əsasən Bakı ərazisində fəaliyyət göstərirlər. Onlar mütəmadi olaraq mobil nömrələrini dəyişirlər ki, bu da onların izlənilməsini çətinləşdirir. Artıq bir neçə zərərçəkmiş şəxs bu şəxslərin əməlindən rəsmi şikayətçi olub.İsmayıl

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
54
demokrat.az

1Mənbələr