ain.az xəbər verir, Adelet.az saytına əsaslanaraq.
Mən oturub düşünürəm, görəsən -
O qız indi nə iş görür , ilahi!
Bəlkə Səndə bir az fikir verəsən -
O qız indi , nə iş görür , ilahi?!.
Vərəq gəzir, yoxsa qələm yazmağa,
Yer axtarır yuxusunu yozmağa...
Səbəb çoxdu əhvalını pozmağa -
O qız indi, nə iş görür, İlahi?!.
Şəkilləri bəlkə cırıb yandırır,
Ya hansısa hədiyyəni sındırır...
Yoxsa özün nəyəsə inandırır ? -
O qız indi, nə iş görür, İlahi?!.
Otağında güzgülənir bəlkə o?
Yatağında mürgüləyir bəlkə o?
Küsdüyünü görk eləyir bəlkə, O?! -
O qız indi, nə iş görür, İlahi?!.
Xatirələr səssiz tutub söhbətə...
Aramızda Sənlə olan hörmətə -
Xatir, söylə doğrusun Əbülfətə -
O qız indi, nə iş görür, İlahi?!.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.