AZ

"PAŞA Sığorta" ağacəkmə aksiyasına qoşuldu

Bakı. Trend:

"PAŞA Sığorta" şirkəti 24 aprel 2026-cı il tarixində Müşfiqabadqəsəbəsində təşkil olunan milli ağacəkmə aksiyasına qoşulub. TədbirÜmummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsredilmiş "Ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair AnlaşmaMemorandumu" çərçivəsində keçirilib.

Azərbaycan Respublikasının Ekologiya və Təbii SərvətlərNazirliyi, Mərkəzi Bank və ölkənin bir sıra nüfuzlu maliyyəassosiasiyalarının birgə təşəbbüsü ilə həyata keçirilən aksiya ölkəmiqyasında ekoloji tarazlığın bərpasına və yaşıllıq sahələriningenişləndirilməsinə yönəlib.

Memorandumun strateji məqsədi gələn 10 il ərzində ölkəərazisində ümumilikdə 1 000 000 ağac əkməkdir. Bu ilin aksiyasıçərçivəsində iştirakçılar tərəfindən 1 hektar sahədə 625 ədəd Eldarşamı və zeytun ağacı əkilərək həmin hədəfə doğru mühüm bir addımatılıb.

"PAŞA Sığorta" bu təşəbbüsə qoşularaq əməkdaşlarının bilavasitəiştirakı ilə aksiyada aktiv şəkildə iştirak edib və ətraf mühitinqorunmasına öz töhfəsini verib.

Seçilən
56
6
az.trend.az

7Mənbələr