Ötən gecə Rusiya ərazisinə kütləvi dron hücumu olub.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Rusiya hava hücumundan müdafiə qüvvələri gecə ərzində Ukraynaya məxsus təyyarə tipli 98 pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.
PUA-lar Həştərxan, Belqorod, Volqoqrad, Voronej, Kursk, Rostov və Saratov vilayətləri, həmçinin Krım üzərində vurulub.