ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 29 aprel, AZƏRTAC
Yaz mövsümündə infeksion və allergik xəstəliklər baş qaldırır. Daha çox respirator infeksiyalara rast gəlinir. Bunlar da əsasən özlərini boğaz ağrısı, halsızlıq, temperaturun yüksəlməsi, öskürək kimi əlamətlərlə göstərir. Bəzən isə xəstələrdə qarın ağrısı, ishal kimi şikayətlərlə xəstəxanalara müraciət edirlər.
Bunu AZƏRTAC-a həkim-infeksionist Ləman Qalimova deyib.
Həkim-infeksionist respirator infeksiyalardan qorunmaq üçün tövsiyələrini də verib: "Özümüzü qorumaq üçün əl gigiyenasına riayət etməli, istifadə etdiyimiz qidaların saxlanma rejiminə, bişməsinə diqqət yetirməliyik. Respirator virus infeksiyalarına yoluxan zaman əsasən simptomatik müalicə aparılır. Əgər yüksək temperatur, halsızlıq varsa, xüsusilə diareya müşahidə olunursa, mütləq şəkildə həkimə müraciət edilməlidir. Çünki çox qusma nəticəsində bədənin susuzlaşması ağır fəsadlarla nəticələnə bilər. Ümumiyyətlə, infeksion xəstəliklərin bir çox ağırlaşması ölümlə nəticələnə bilər.
Allergiyadan əziyyət çəkənlərin də həkim məsləhəti əsasında müalicə almaları tövsiyə olunur".
Müxbir - Göyçək Mahmudlu
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.