AZ

Çin Dövlət Şurası: Tayvan ABŞ dən nə qədər silah alsa da, müstəqil olmayacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 29 aprel, AZƏRTAC

ABŞ-dən silah alışı Tayvanın müstəqillik əldə etməsinə kömək etməyəcək.

AZƏRTAC xəbər verir ki, bunu Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binhua bildirib.

Onun sözlərinə görə, “nə qədər silah alsalar da, bu, vəziyyəti dəyişməyəcək”.

Çen Binhua Pekinin ABŞ və Tayvan arasında hərbi təmaslara qarşı olduğunu vurğulayıb və adanın hakimiyyətini materikdən ayrılmağa cəhd etməkdə ittiham edib.

O əlavə edib ki, Tayvanın Çinlə birləşməsi “dayandırılmaz prosesdir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
19
3
azertag.az

4Mənbələr