Bakı. Trend:
ABŞ hakimiyyəti İran və onun maliyyə sistemi ilə əlaqəli 35hüquqi və fiziki şəxsə məhdudiyyətlər tətbiq edib.
Trend-inməlumatına görə, bu barədə ABŞ Dövlət Departamenti bildirib.
"Bu gün ABŞ İranın gizli maliyyə sistemini idarə edən 35 hüquqişəxs və şəxsə qarşı tədbirlər görür", - deyə bildirilib.
Məlumata əsasən, söhbət "sanksiyalardan yayınmaq üçün onmilyardlarla dollar köçürmələrinə imkan verən gizli bankşəbəkələrindən" gedir.