AZ

Narkoman it

ain.az bildirir, 525.az portalına istinadən.

Braziliyada sahibinə məxsus 12 qram narkotik maddəni udan it möcüzə nəticəsində sağ qalıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, əhvalat Santa-Katarina ştatının Joinvill şəhərində baş verib.

Sahibi fransız buldoqu cinsindən olan Antionettanın narahat olduğunu görüb onu veterinara aparıb. Rentgen itin mədəsində yad cisimlərin olduğunu aşkarlayıb. Cərrahi əməliyyatdan sonra oradan ümumi çəkisi 12 qram olan 55 büküm kokain çıxarılıb. Qadın dərhal həbs edilib. Antionettanın isə bir qədər sonra halı pisləşib və reanimasiyaya yerləşdirilib. Veterinarlar onu ölümün pəncəsindən növbəti dəfə ala biliblər.

Qeyd edək ki, qadın narkotik maddələrin satışı maddəsi ilə ittiham olunub və xüsusi bilərzik taxılmaqla məhkəməyə kimi azadlığa buraxılıb. O ki qaldı itə, veterinarlar heyvan müdafiəçilərinə Antionettaya yeni sahib tapmaq üçün müraciət ediblər.

L.Tağıyeva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
110
525.az

1Mənbələr