ain.az bildirir, Azertag saytına əsaslanaraq.
Bakı, 28 aprel, AZƏRTAC
Mən tamaşanı quranda antik dramaturgiyanın xüsusiyyətlərini nəzərə aldım və mövcud mətn üzərində işlədim. Hadisə xətti bəzən kifayət qədər aydın qurulmur və mətn əsasən monoloq və mülahizələr üzərində qurulur. Gürcü dilinə tərcümənin yüksək səviyyədə olmaması isə əlavə işləməyi zəruri edib.
Bunu AZƏRTAC-a açıqlamasında "Zəncirlənmiş Prometey" tamaşasının müəllifi və quruluşçu rejissor Robert Sturua deyib.
O qeyd edib ki, əsas məsələ mətni sadələşdirmək deyil, onu səhnədə canlı və anlaşılan etməkdir.
“Nankorluq həm kainatın, həm də insan təbiətinin dəyişməz xüsusiyyətlərindən biridir. Bu barədə hələ e.ə. V əsrdə Esxil yazmışdı və faciə janrının formalaşması da məhz onun adı ilə bağlıdır. Ondan əvvəl dram sənəti bu şəkildə mövcud deyildi”,- deyə R.Sturua əlavə edib.
Müxbir - Fidan Əlizadə
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.