AZ

Yuxarı sinif şagirdləri ilə bağlı yenilik

Dövlət ümumi təhsil müəssisələrində təhsilini dövlət təhsil standartları əsasında digər dildə almaq istəyən şagirdlərin təhsil almaq istədikləri tədris dili üzrə müsahibədən keçirilməsi qaydası təsdiqlənib.
BUTA.TVTrend-ə istinadən xəbər verir ki, qaydalarda V-VII siniflər üzrə müsahibənin hansı meyarlar əsasında qiymətləndiriləcəyi də öz əksini tapıb. Belə ki, V-VII siniflər üzrə müsahibə zamanı şagirdin tədris dilini bilmə səviyyəsi aşağıdakı meyarlar əsasında qiymətləndiriləcək: Dinləyib-anlama bacarığıŞagird mətni dinləyərkən əsas faktları və fikirləri qeyd edərək ümumiləşdirməli, dinlədiyi mətni mövzu, məzmun, struktur və ideya baxımından şərh etməli, dinlədiyi mətndəki obraz, hadisə və fikirlərə münasibət bildirməli və əsaslandırmalıdır. Oxu bacarığıŞagird mətni oxuyarkən müvafiq səs tonu seçməli, mətndəki məlumatları və onların ardıcıllığını müəyyənləşdirməli, kontekstdən çıxış edərək mətndə tanış olmayan söz və ifadələrin mənasını, faktlar və hadisələr arasındakı əlaqəni müəyyən etməli, müxtəlif mətnləri mövzu, məzmun-struktur, ideya baxımından müqayisə etməli və yaradıcı yanaşmalıdır. Danışma bacarığıŞagird müzakirə və debatlarda tolerantlıq nümayiş etdirməli və danışanın fikrinə rəy bildirməli, şəkil və qrafik informasiya üzrə mətn qurub nəql etməli, şifahi nitqində yeni öyrəndiyi sözlərdən kontekstə uyğun istifadə etməli, danışarkən səs tonunu tənzimləməli, pauza və məntiqi vurğudan, intonasiya, jest və mimikadan istifadə etməlidir. Yazı bacarığıŞagird yazısında fikir və məlumatların ardıcıllığına (xronoloji, qeyri-xronoloji, səbəb-nəticə) riayət etməli, yazısında ədəbi dilin normalarına əməl etməlidir.

Qeyd edək ki, Komissiya üzvlərinin verdiyi ümumi ballar toplanılır və komissiya üzvlərinin sayına bölünərək yekun bal müəyyən edilir. Müsahibədən 12 və daha çox bal toplamış şagird müsahibədən müvəffəqiyyətlə keçmiş hesab olunur. Müsahibənin nəticəsi onun keçirildiyi tarixdən 5 iş günü müddətində elektron kabinetə göndərilir.

Seçilən
72
8
buta.tv

10Mənbələr