AZ

30 ildən çoxdur vəzifədədirlər -

Azərbaycan hakimiyyətində təmsil olunan məmurlar arasında 30 ildən çox yüksək vəzifə tutan bir neçə tanınmış sima var.Metbuat.az onlar haqda məlumatları təqdim edir: Ölkəmizdə uzun illər yüksək vəzifələrdə çalışan, karyerasını hələ də davam etdirən şəxslərdən biri xarici işlər nazirinin müavini Araz Əzimovdur. Araz Əzimov 1962-ci ildə anadan olub və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Fotoda: Araz ƏzimovO, 1990-cı illərin əvvəllərindən etibarən Azərbaycanın xarici siyasətində aktiv rol alıb, müxtəlif diplomatik vəzifələrdə çalışıb. 63 yaşlı diplomat 1994-cü ildən xarici işlər nazirinin müavini postunu tutur. Azərbaycanda ən stajlı məmurlardan biri də Kəmaləddin Heydərovdur. O, 32 ildir məsul vəzifələrdə çalışır.Kəmaləddin Heydərov 15 iyul 1961-ci ildə Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin məzunudur. Fotoda: Kəmaləddin HeydərovKəmaləddin Heydərov 1995-ci ildə, 34 yaşı olanda Dövlət Gömrük Komitəsinin sədri təyin olunub. Bu vəzifədə 11 il çalışıb. Kəmaləddin Heydərov Azərbaycanda ən stajlı nazir sayılır. O, 6 fevral 2006-cı ildən fövqəladə hallar naziri vəzifəsində çalışır. General-polkovnikdir.Uzunmüddətli fəaliyyəti ilə seçilən məmurlardan biri də Məleykə Abbaszadədir. O, 30 ildən çoxdur təhsil sahəsində mühüm vəzifələr tutur.Məleykə Abbaszadə 1953-cü ildə anadan olub. Bakı Dövlət Universitetində təhsil alıb.Fotoda: Məleykə Abbaszadə O, 25 avqust 1994-cü ildən 5 oktyabr 2000-ci ilə kimi Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin birinci müavini, 5 oktyabr 2000-12 aprel 2016 illərdə isə bu qurumun sədri olub. Məleykə Abbaszadə 12 aprel 2016-cı ildən bu günə kimi Dövlət İmtahan Mərkəzinin sədri vəzifəsində çalışır. Azərbaycanda uzun müddət vəzifədə çalışan məmurların siyahısında Eyvaz Hüseynovun da adı var. O, 2 iyul 1992-ci ildən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır. Eyvaz Hüseynov uzun illərdir rayonun idarəçiliyinə rəhbərlik edən nadir icra başçılarından biri hesab olunur. Fotoda: Eyvaz Hüseynov Bu siyahıya tərəddüd etmədən 74 yaşlı diplomat Tamerlan Qarayevin də adını əlavə edə bilərik. Tamerlan Qarayev 1952-ci ildə Ağdam rayonunun Qasımlı kəndində anadan olub. Onun karyerasında dönüş nöqtəsi 1991-ci ilə təsadüf edir. 1991-93-cü illərdə Milli Məclis sədrinin müavini postunu tutub. Mərhum prezident Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişindən sonra 41 yaşlı Qarayevin həyatında yeni mərhələ başlayıb. Tamerlan Qarayev 1993-cü ildə əhalisinin sayına görə dünyanın ən nəhəng ölkəsi olan Çində Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri təyin olunub. O, 7 may 2001-ci ilə kimi ölkəmizi Çində təmsil edib. Fotoda: Tamerlan Qarayev Tamerlan Qarayevin səfir kimi karyerasını davam etdirdiyi növbəti ölkə Hindistan olub. Qarayev 1 sentyabr 2004-15 sentyabr 2011-ci illərdə Azərbaycan Respublikasının Hindistan Respublikasındakı fövqaladə və səlahiyyətli səfiri vəzifəsində çalışıb. Bundan sonra Qarayev üçün növbəti “dayanacaq” İndoneziya Respublikası olub. O, Cənub-Şərqi Asiyanın ən böyük dövlətində ölkəmizi 7 il təmsil edib. 73 yaşlı diplomat 13 dekabr 2018-ci ildən bu günə kimi Azərbaycan Respublikasının Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri işləyir.

Nazim Hüseynzadə / Metbuat.az

Seçilən
2
1
metbuat.az

10Mənbələr