AZ

Bakı, Sumqayıt və Abşeron üçün seysmik xəritələr hazırlanırVİDEO

Bakı, Sumqayıt və Abşeron üçün yeni seysmik xəritələr hazırlanır. Bu xəritələrin məqsədi ərazilər üzrə seysmik risk səviyyəsini daha dəqiq müəyyənləşdirmək, xüsusilə sıx məskunlaşan zonalarda tikinti və şəhərsalma qərarlarının elmi əsaslarla verilməsinə imkan yaratmaqdır. Xezerxeber.az-ın məlumatına görə, bu barədə məlumat verən fövqəladə hallar nazirinin müavini Adil Abdullayev bildirib ki, tikinti aparılacaq ərazilərin seysmik vəziyyəti əvvəlcədən qiymətləndirilməlidir. 

Yeni xəritələr yalnız ehtimal olunan zəlzələ ocaqlarını deyil, həm də ərazinin tikinti üçün nə dərəcədə həssas olduğunu göstərməyə xidmət edəcək. Bu isə gələcəkdə binaların layihələndirilməsi, infrastrukturun planlaşdırılması və riskli zonalarda tikintiyə nəzarət baxımından mühüm əhəmiyyət daşıyır.

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, zəlzələni əvvəlcədən dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hazırkı müşahidələrə əsasən, ölkə ərazisində dağıdıcı gücə malik zəlzələ gözlənilmir.

Mütəxəssislərin fikrincə, xırda yeraltı təkanların qeydə alınması seysmik proseslərin izlənməsi baxımından normal haldır. Əsas məsələ bu məlumatların davamlı təhlil edilməsi, riskli ərazilərin xəritələşdirilməsi və tikinti normalarında həmin göstəricilərin nəzərə alınmasıdır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
14
3
xezerxeber.az

9Mənbələr