AZ

İsrail HƏMAS komandirini öldürdü

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İsrailin Qəzza zolağına endirdiyi zərbə nəticəsində HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin Əl-Qəssam" briqadasının komandiri İyad Əş-Şanbari öldürülüb.

Bakupost.az Milliyet" qəzetinə istinadən xəbər verir ki, o, İsrailin Qəzzada nəqliyyat vasitəsini hədəf alması nəticəsində həlak olub.

Bildirilir ki, hücum zamanı komandirin oğlu Salah da öldürülüb. İsrailin hücumu zamanı xeyli sayda insanın yaralandığı qeyd edilir.

Xatırladaq ki, 2025-ci il oktyabrın 10-da İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
56
2
www.bakupost.az

4Mənbələr