AZ

MAQATE "Ruppur" AES layihəsinin bütün mərhələlərində Banqladeşi müşayiət edəcək

MAQATE "Ruppur" AES layihəsinin bütün mərhələlərində Banqladeşi müşayiət edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Banqladeşdə inşa edilən "Ruppur" AES-in hər bir mərhələsində ölkəyə dəstək verməyə davam edəcək.

AFN.az xəbər verir ki, bu barədə təşkilatın baş direktoru Rafael Qrossi stansiyanın birinci enerji blokunun reaktoruna nüvə yanacağının yüklənməsi münasibətilə yayımlanan videomüraciətində bildirib.

Qrossi qeyd edib ki, MAQATE Banqladeşin nüvə proqramını lap başlanğıcdan dəstəkləyir: "Hələ 2025-ci ilin avqustunda biz işəsalmadan əvvəl icmal missiyası, daha sonra isə fiziki müdafiənin təmin olunması missiyasını həyata keçirmişik. Bu çərçivədə tövsiyələr vermişik və ən yaxşı təcrübələrimizi bölüşmüşük".

Baş direktor atom energetikasının uzunmüddətli öhdəlik olduğunu vurğulayaraq, prosesin maksimum dərəcədə təhlükəsiz və səmərəli idarə olunması üçün agentliyin bütün imkanlarını səfərbər edəcəyini deyib.

Xatırladaq ki, cəmi 2 400 MVt gücündə olan "Ruppur" AES Banqladeşin ilk nüvə mərkəzidir və ölkənin enerji şəbəkəsinə mühüm töhfə verəcəyi gözlənilir.

Seçilən
75
afn.az

1Mənbələr