AZ

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

Bizim media portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya Futbol Federasiyası daxilində xarici idarəetmənin tətbiqi ehtimalına görə İtaliya 2032-ci il Avropa Futbol Çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.Bizim.Media xəbər verir ki, bu barədə "Calcio e Finanza" məlumat yayıb.Əgər belə bir qərar qəbul edilərsə, İtaliya klubları Avrokubok turnirlərindən kənarlaşdırıla bilər.Xarici idarəetmənin tətbiqi korrupsiya qalmaqalı fonunda baş verə bilər. Milan prokurorluğu Milli Hakimlik Komissiyasının rəhbəri Canluka Rokkiyə qarşı idman fırıldaqçılığı ittihamı irəli sürüb.

 

O, "İnter"ə sərf edən hakimləri təyin etməkdə şübhəli bilinir. Rokki artıq istefa verib, "İnter"i isə bir sıra titulların əlindən alınması və Seriya B-yə göndərilmə təhlükəsi gözləyir.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksander Çeferin Seriya A-nın rəhbəri Ezio Simonelli ilə görüşü zamanı bildirib ki, siyasi müdaxilə sanksiyalara, o cümlədən ölkənin AVRO-2032-ni keçirmək hüququndan məhrum edilməsinə səbəb ola bilər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
1
bizim.media

2Mənbələr