AZ

Pul çəkmək üçün bacısının skeletini qəbirdən çıxarıb banka apardı - VİDEO

Bacısının bank hesabındakı pulu çəkmək istəyən şəxs bacısının öldüyünü sübut etmək üçün onun meyitini qəbirdən çıxararaq banka aparıb.

Ölkə.Az “economic times”a istinadla xəbər verir ki, qeyri-adi hal Hindistanın Odişa əyalətinin Keonjhar rayonunda yaşanıb.

Belə ki, Dianali kəndindən olan 50 yaşlı Citu Munda adlı kişi mərhum bacısının hesabından 20 min rupi (təx. 360 manat) çıxarmağa çalışıb.

Bunun üçün dəfələrlə Banka gedib gələn kişi əsəbləşərək gözlənilməz addım atıb. O, bacısının skeletini qəbirdən çıxararaq sübut kimi banka aparıb.

"Mən bir neçə dəfə banka getdimvə oradakı insanlar mənə hesab sahibini gətirməyimi dedilər. Onlara onun öldüyünü desəm də, məni dinləmədilər... Ona görə də qəbri qazıb sübut kimi skeletini çıxardım”, - deyə o söyləyib.

Polis vəziyyət barədə məlumat aldıqdan sonra banka gedərək dərhal müdaxilə edib. Hadisədən sonra skelet polisin iştirakı ilə yenidən dəfn edilib.

Vəziyyətlə bağlı açıqlama verən rəsmilər Citu Mundanın oxuyub yazma bilmədiyini, bank işçilərinin isə qanuni varisin kimliyi ilə bağlı vəziyyəti ona izah edə bilmədiklərini deyiblər.

Rəsmilər kişiyə bankdan pul çıxarma prosesini tamamlamasına kömək edəcəklərinə söz veriblər.

Bu hadisə Hindistanın kənd yerlərində maliyyə savadlılığı və qurumların həssas icmalarla necə ünsiyyət qurması ilə bağlı daha geniş müzakirələrə səbəb olub.

Billurə

Seçilən
71
2
olke.az

3Mənbələr