AZ

Qızlar Kənanı yumşaltdılar, indi o məndən daha feministdir

ain.az bildirir, Olke.az saytına əsaslanaraq.

Tanınmış aktrisa Sinem Kobal həyat yoldaşı Kənan İmirzalıoğlunun qızları dünyaya gəldikdən sonra dəyişdiyini bildirib: "Düşünürəm ki, qızlar onun bəzi sərt tərəflərini çox gözəl yumşaltdılar. Əvvəllər evin feministi mən idim, amma indi o, məndən daha çox feministdir".

Ölkə.Az xəbər verir ki, Sinem Kobal Ahmet Mümtaz Taylanın təqdimatında yayımlanan "Empati" proqramının qonağı olub. Həmkarı Kənan İmirzalıoğlu ilə evli olan və iki qızı olan aktrisa analıq təcrübəsi barədə səmimi açıqlamalar verib:

"Analıq bitməyən bir macəradır. Həm çox zövq alıram, həm də çox çətinlik çəkirəm. Analıq təxmin edilə bilməyən bir duyğudur. Beynimdə müəyyən təsəvvürlər yaratmağa çalışırdım, amma bütün bildiklərimi unutduran bir hiss oldu. İnsana çox şey kəşf etdirir, həm böyüdür, həm də alıb aparır".

"Qızların atasından razısanmı?" sualına aktrisa belə cavab verib: "Onun vicdanına güvəndiyim üçün yaxşı ata olacağına ümid edirdim. Şükürlər olsun ki, ümid etdiyimdən də artıq oldu".

Kobal cəmiyyətdə uşaq baxımının sanki yalnız qadının üzərində olması düşüncəsinin yanlış olduğunu vurğulayıb: "Mən şanslıyam. Hamiləlik dövründən etibarən yoldaşım həmişə yanımda idi. Ondakı dəyişikliyi görürəm. Həqiqətən mərhəmətli və vicdanı çox güclü bir adamdır".

Kənan İmirzalıoğlu ilə tanışlıq hekayəsindən danışan Sinem Kobal ilk başda onun aurasından təsirləndiyini deyib: "Kənanın elə bir enerjisi var ki, içəri girəndə adamı tilsimləyir. O vaxtlar sevgini axtardığım bir dövr deyildi. Onun həyatımın eşqi olduğunu və birlikdə olacağımızı anlamağım xeyli vaxt apardı. Qolumdan tutub "Sən mənim ruh əkizimsən" dediyi an bütün tərəddüdlərim yox oldu".

Aktrisa maraqlı bir faktı da paylaşıb: "Mənə aşiq olduğunu dediyi bir tarix var idi. Düz bir il sonra, elə həmin gün mənə evlilik təklifi etdi".

Cütlüyün romantik münasibəti barədə danışan Kobal əlavə edib: "Romantik cütlüyük. Həyatda "ruh əkizim" dediyin insanı tapmaq böyük şansdır. Biz bunu hiss etdiyimiz andan etibarən münasibətimizə əmək veririk. Eşqi tapmaq olar, amma onu davam etdirmək üçün qarşılıqlı istək və əmək lazımdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
1
olke.az

2Mənbələr