AZ

Kəşmirdə mədrəsənin fəaliyyətini dayandırılnası etitaz doğurub

Kəşmirdə fəaliyyət göstərən mühüm İslam mədrəsələrindən biri olan “Camiə Sirac-ül-Ulum” antiterror qanunları çərçivəsində “qanunsuz” elan edilib.

Əl Cəzirə telekanalının yaydığı məlumata görə, Hindistanın nəzarətindəki Cammu və Kəşmir bölgəsinin hakimiyyət orqanları bu qərarı mədrəsənin qadağan olunmuş “Camaat-i-İslami” partiyası ilə gizli əlaqələrinin olması iddiası ilə əsaslandırıb. Sərt tənqid olunan “Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması Aktı” əsasında çıxarılan bu qərar bölgədəki dini və siyasi liderlərin kəskin etirazına səbəb olub.

Mədrəsənin rəhbəri Məhəmməd Şafi Lone ittihamları rədd edərək, təhsil ocağının qanunlara tabe olduğunu və heç bir siyasi qrupla əlaqəsinin olmadığını bildirib. O, bu qərarın mədrəsədə təhsil alan 800-dən çox şagird və onların valideynləri arasında təşviş yaratdığını vurğulayıb. 

Bölgənin siyasi liderləri və din xadimləri bu addımı Hindistanın mərkəzi hökumətinin Kəşmirdəki ictimai həyatı parçalamaq cəhdi kimi qiymətləndiriblər. Bu qərar yoxsul təbəqəyə qarşı ədalətsizlik adlandırılıb. Bildirilib ki, illərdir özəl təhsilə imkanı çatmayan ailələrə xidmət edən, həkimlər və alimlər yetişdirən bir müəssisənin sübutsuz şəkildə bağlanması Kəşmir cəmiyyətini zəiflətməyə yönəlmiş siyasətin tərkib hissəsidir.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
51
azerbaijan-news.az

1Mənbələr