AZ

İqlim dəyişikliyi antibiotiklərin təsirini azaldır

Qlobal istiləşmə və quraqlıq bakteriyaların antibiotiklərə qarşı müqavimətini artırır.

“Nature” və “Nature Microbiology” jurnallarında dərc olunan iki yeni araşdırmaya görə, məlum olub ki, torpağın cəmi 3 dərəcə qızması bakteriyalardakı müqavimət genlərini 25 faiz artırıb. Yəni bakteriyalar dərmanla təmasda olmasalar belə, istiyə uyğunlaşdıqca öz-özünə güclənirlər. Quraqlıq zamanı isə torpaqdakı suyun azalması təbii antibiotiklərin qatılığını artırır. Bu mühitdə zəif bakteriyalar ölür, sadəcə ən dözümlü və təhlükəli olanlar sağ qalır. Toz və külək vasitəsilə torpaqdan insanlara keçən bu “super mikroblar” infeksiyaların müalicəsini çətinləşdirir.

Alimlər xəbərdarlıq edirlər ki, antibiotik müqaviməti artıq sadəcə xəstəxana problemi deyil, iqlim dəyişikliyi bu təhlükəni təbiətdən evimizə qədər daşıyır.

Təhminə VERDİYEVA,

“Azərbaycan”

Seçilən
60
azerbaijan-news.az

1Mənbələr