Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Hücum xəttini gücləndirməyi hədəfləyən "Barselona" "Atletiko Madrid"in forvardı Xulian Alvaresdən başqa daha iki oyunçu ilə də maraqlanır.
Fanat.Az "Sport.es" nəşrinə istinadən xəbər verir ki, potensial namizədlərdən biri "Çelsi"nin futbolçysu Juan Pedrodur.
Pedronun transfer dəyəri 75 milyon avro təşkil edir. Onun London klubu ilə müqaviləsinin müddəti isə 2033-cü ilə qədər nəzərdə tutulub. Amma "zadəganlar" "maliyyə feyr-pley"i qaydalarına riayət etmək üçün vəsait toplamalıdır.
Bundan başqa, "İnter"in ulduz forvardı Lautaro Martines də hücum xəttinin möhkəmləndirilməsi üçün namizədlər sırasında yer alır.
Kataloniya təmsilçisinin qeyri-sabit maliyyə vəziyyəti Alvaresin transferinin arzu olaraq qalmasıyla nəticələnə bilər.
Abunə Ol
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.