AZ

Türkiyə və Ermənistan arasında tarixi görüş

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi çərçivəsində növbəti rəsmi görüş keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin məlumat yayıb.

Qeyd olunub ki, İki ölkə arasında yaradılmış Birgə İşçi Qrupunun iclası bu gün Qars şəhərində baş tutub.

Görüşün əsas müzakirə mövzusu Qars-Gümrü dəmir yolu xəttinin reabilitasiyası (bərpası) və yenidən istifadəyə verilməsi olub. Tərəflər bu nəqliyyat dəhlizinin fəaliyyətinin bərpa edilməsi üçün görüləcək texniki və inzibati işləri nəzərdən keçiriblər.

Bildirilib ki, tərəflər regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa müddətdə yenidən istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Seçilən
18
4
cebheinfo.az

5Mənbələr