AZ

Rekordlar Kitabına düşən dünyanın ən uzun yolu FOTO

ain.az, Olke.az saytına istinadən bildirir.

Heç saatlarla, hətta günlərlə dayanmadan maşın sürdüyünüzü düşünmüsünüzmü? Bəzən uzaq məsafəyə doğru yola çıxanda getdiyimiz yollar bizə çox uzun görünsə də, dünyanın ən uzun yolunu getmək üçün aylarla vaxt lazımdır.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, dünyanın ən uzun yolu 24 min kilometrdir.

Söhbət 14 ölkədən keçən Pan-Amerika magistralından gedir.

Bu yol uzunluğuna görə Ginnesin Rekordlar Kitabına da düşüb.

Nəhəng yol ABŞ-nin Alyaska ştatındakı Prudhoe körfəzindən Argentinanın ən cənub şəhəri olan Uşuayaya qədər uzanır. Yəni, Şimali Amerikanın ən yüksək nöqtəsindən Cənubi Amerikanın ən aşağı nöqtəsinə qədər davam edir.

Pan-Amerikan şossesi aşağıdakı 14 ölkədən keçir:

ABŞ

Meksika

Qvatemala

El Salvador

Honduras

Nikaraqua

Kosta Rika

Panama

Kolumbiya

Ekvador

Peru

Boliviya

Çili

Argentina.

Bu o deməkdir ki, tək bir yolda müxtəlif mədəniyyətləri, dilləri, mətbəxləri və təbii mənzərələri yaşaya bilərsiniz.

Lakin bu marşrut tamamilə fasiləsiz deyil. Yol Panama və Kolumbiya arasında yerləşən, təxminən 100 kilometr uzunluğunda olan "Darien boşluğu" adlanan bölgədə kəsilir.

Bu ərazi sıx meşələrdən və bataqlıqlardan ibarət olduğundan, heç bir yol yoxdur. Buna görə də, bütün marşrutu maşınla qət etmək istəyənlər bu bölgəni təyyarə və ya qayıqla keçməlidirlər. Ətraf mühit, coğrafi və təhlükəsizlik məsələləri səbəbindən bu boşluq bu günə qədər aradan qaldırılmayıb.

Billurə

  Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
olke.az

5Mənbələr