AZ

İƏT in baş katibi: Şuşanı dünyaya tanıdacağıq VIDEO

ain.az, Azvision portalına istinadən məlumat yayır.

​Xəbər verdiyimiz kimi aprelin 27-də Şuşa şəhərində “Şuşa – İƏT-in turizm paytaxtı 2026” tədbirinin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, Türkmənistan və Özbəkistanın nümayəndə heyətləri iştirak ediblər.​Mərasim çərçivəsində jurnalistlərə açıqlama verən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Əsəd Məcid Xan Şuşanın beynəlxalq turizm xəritəsindəki artan rolunu və regionun turizm potensialını yüksək qiymətləndirib.​Əsəd Xan Şuşaya ikinci dəfə səfər etməsindən məmnunluğunu ifadə edərək bildirib ki, şəhərin turizm paytaxtı seçilməsi regionda turizmin təşviqi istiqamətində atılan strateji addımlardan biridir. Baş katib qeyd edib ki, bu status çərçivəsində İƏT Azərbaycan hökuməti və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edərək, Şuşanın təbiətini, mədəniyyətini və tarixi irsini dünyaya nümayiş etdirmək üçün silsilə tədbirlər həyata keçirəcək.​Bu arada Dövlət Turizm Agentliyindən verilən məlumata görə, 2026-cı il ərzində Şuşada üzv ölkələrin turizm sənayesi və media nümayəndələrinin iştirakı ilə müxtəlif görüşlər, nazirlər səviyyəsində toplantılar və digər genişmiqyaslı tədbirlər planlaşdırılır.​Xatırladaq ki, Şuşa şəhəri 2023-cü ildə Ərdəbildə keçirilən İƏT nazirlərinin iclasında 2026-cı il üçün təşkilatın turizm paytaxtı seçilib. Təşkilatın rotasiya planına əsasən, 2027-ci ildə bu statusu Pakistanın Lahor şəhəri daşıyacaq.

S. Həsənova

AzVision.az ​ Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
3
azvision.az

10Mənbələr