AZ

Subaylar ilk görüşə gedərkən daha çox qara rəngli paltar geyinirlər


Subay insanların ilk görüşə gedərkən daha çox qara rəngli geyimlərə üstünlük verdiyi müəyyən edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Linkoln Universiteti tərəfindən aparılan araşdırmada qeyd olunub.
Araşdırma Böyük Britaniyanın “Channel 4” televiziya kanalında yayımlanan məşhur “İlk Görüşlər” (“First Dates”) televiziya şousu əsasında aparılıb. Psixoloqlar verilişin altı mövsümündə iştirak edən 546 nəfərin geyim seçimlərini təhlil ediblər. Onların həm görüşdən əvvəlki müsahibədə, həm də birbaşa görüş zamanı hansı rəngdə geyindikləri müqayisə olunub.
Qeyd olunub ki, bütün iştirakçılar şou üçün geyim seçimində tam sərbəst olublar.
Nəticələr göstərib ki, həm qadınlar, həm də kişilər ilk görüş zamanı qırmızı və qara rəngi daha çox seçirlər. Lakin maraqlı məqam ondan ibarətdir ki, qara geyim seçimləri qırmızı ilə müqayisədə daha üstün olub. Yəni insanlar sevgi tapmağa gedəndə ən çox qara ayaqqabı, qara şalvar və ya qara don geyinməyə üstünlük veriblər.
Seçilən
52
1
yeniavaz.com

2Mənbələr