AZ

Rubl ucuzlaşdırılır... Mərkəzi Bankın qərarı nə vəd edir?

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini ardıcıl səkkizinci dəfə aşağı salaraq illik 14,5%-ə endirib. Bu qərardan cəmi bir gün əvvəl isə Maliyyə Nazirliyi son üç ayda üçüncü dəfə mövqe dəyişərək, may ayından etibarən "büdcə qaydası"nın icrasına qayıtmaq qərarı verib. Hər iki qərar rublun möhkəmlənməsinin əleyhinədir və ölkə iqtisadiyyatında inflyasiya təzyiqlərini artırır.

Rusiya Mərkəzi Bankının Direktorlar Şurası qərarı daxili tələbin dinamikasındakı artımla bağlayıb. Ancaq reaallıqda istehlak və investisiya məhsullarının təklifi, eləcə də onlara olan tələb daralmaqda davam edir. 

Mərkəzi Bankın sifarişi ilə keçirilən sorğular göstərir ki, biznes mühiti indikatoru mart ayındakı mənfi göstəricidən sonra bir qədər artsa da, bu, yalnız gələcək gözləntilərlə bağlıdır. Faktiki cari qiymətləndirmələr və mal-xidmətlərə tələb 2024-cü ilin dördüncü rübündən bəri mənfi zonadadır. Mərkəzi Bankın proqnozuna görə, ev təsərrüfatlarının istehlak xərcləri 2025-ci ildəki 3,6%-lik artımdan sonra 2026-cı ildə 0,5-1,5%-ə qədər kəskin yavaşlayacaq.

Rusiya iqtisadiyyatında inflyasiyaya uçot dərəcəsindən daha çox büdcə siyasəti təsir edir. Maliyyə Nazirliyi aprelin 23-də qəfil açıqlama yayaraq, qızıl və xarici valyuta alış-satışına iyulda deyil, artıq may ayında başlayacağını elan etdi. Bu, son üç ayda artıq üçüncü konseptual dəyişiklikdir:

Yanvar-fevral aylarında Milli Rifah Fondundan valyuta satılaraq büdcə kəsiri örtülürdü. Lakin ehtiyatlar sürətlə əridi və valyuta satışı rublu daha da möhkəmləndirərək büdcənin neft-qaz gəlirlərini azaltdı. Fevralın sonuda nazir Anton Siluanov "büdcə qaydası"nın dəyişəcəyini və martda heç bir əməliyyat aparılmayacağını vəd etdi. Martın sonunda isə əməliyyatların iyula qədər dondurulduğu elan olundu. İndi isə may ayı üçün yeni göstəriş verilib.

May ayından etibarən “büdcə qaydasına” qayıdış, əslində xarici valyuta bazarında rublun zəiflədilməsinə yönəlmiş müdaxilə (intervensiya) deməkdir. Uçot dərəcəsinin aşağı salınması da rubl üçün mənfi amildir, çünki bu, Rusiya aktivlərinin cəlbediciliyini azaldır.

Belə təsəvvür yaranır ki, Rusiya hakimiyyəti rublun ucuzlaşması üçün süni şərait  yaradır. Lakin bu qərar hazırda illik 9%-ə yaxınlaşan inflyasiyanın cilovlanması hədəfi ilə ziddiyyət təşkil edir. Müharibə büdcəsini doldurmaq üçün rublu “qurban verən” Kreml, daxili bazarda qiymət artımının qarşısını almaqda aciz qala bilər.

Rasim Əliyev

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
69
azpolitika.info

1Mənbələr