AZ

Türkiyə Ermənistan Birgə İşçi Qrupu Qars Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıb

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

İstanbul, 28 aprel, AZƏRTAC

Aprelin 28-də Qars şəhərində Türkiyə-Ermənistan normallaşma prosesi çərçivəsində əldə olunmuş razılaşmaya əsasən, Qars-Gümrü dəmir yolunun bərpası və istifadəyə verilməsi məqsədilə yaradılmış Türkiyə-Ermənistan Birgə İşçi Qrupunun iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Türkiyənin Xarici İşlər Nazirıiyi açıqlama yayıb.

Məlumatda qeyd edilib ki, tərəflər, regional nəqliyyat əlaqələrinin inkişafı çərçivəsində Qars–Gümrü dəmir yolunun ən qısa zamanda istifadəyə verilməsinin vacibliyini vurğulayıblar.

Günel Karatepe

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
38
2
azertag.az

3Mənbələr