AZ

Fuad Nağıyev: Qastroturizm milli irsimizi dünyaya tanıtmaq üçün mühüm vasitədir l FOTOLAR

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Şuşanın 2026-cı il üçün İƏT-in turizm paytaxtı seçilməsinin əhəmiyyətini xüsusi vurğulayıb. O bildirib ki, bu çərçivədə təşkil olunan qastronomiya günü həm Azərbaycanın, həm də dost və qardaş ölkələrin milli mətbəx nümunələri ilə tanışlıq üçün xüsusi platformadır. Agentlik sədri qeyd edib ki, Şuşada belə tədbirlərin keçirilməsi artıq ənənəvi xarakter alıb: "2022-ci ildə Şuşa I Beynəlxalq Qastronomiya Festivalına ev sahibliyi edib, 2024-cü ildə isə İslam ölkələrinin iştirakı ilə beynəlxalq qastronomiya günü keçirilib",- deyə Nağıyev xatırladıb. Fuad Nağıyev ölkə rəhbərliyi tərəfindən turizmin və qastroturizmin inkişafına hər zaman xüsusi diqqət ayrıldığını bildirərək, bu dəstəyə görə Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib. F.Nağıyev qastroturizmin Dövlət Turizm Agentliyinin fəaliyyətində prioritet istiqamət olduğu və bu sahənin milli-mədəni irsimizi, mədəniyyətimizi dünyaya tanıtmaqda mühüm rol oynadığını da diqqətə çatdırıb. Bildirib ki, belə tədbirlər region ölkələri arasında əməkdaşlığı gücləndirir və təcrübə mübadiləsinə şərait yaradır. Qeyd edək ki, tədbir iştirakçıları gün ərzində müxtəlif ölkələrin mətbəxləri ilə yanaşı, xüsusi olaraq Qarabağ mətbəxinə məxsus milli kulinariya nümunələrini də dadmaq imkanı əldə ediblər.

S. Həsənova

AzVision.azQalereya

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
89
azvision.az

1Mənbələr