AZ

Qazaxıstan ilə Azərbaycan arasında sosial sığorta sahəsində memorandum imzalanıb

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Astana, 28 aprel, AZƏRTAC

Qazaxıstan və Azərbaycan dövlət sosial sığortası sahəsində əməkdaşlıq Memorandumu imzalayıb.

AZƏRTAC “Kazinform” agentliyinə istinadla xəbər verir ki, sənədin imzalanması 14-cü Qazaxıstan Beynəlxalq Əməyin Mühafizəsi və Təhlükəsizliyi Konfransı çərçivəsində baş tutub.

Memorandum Azərbaycan Dövlət Sosial Müdafiə Fondu ilə Qazaxıstan Dövlət Sosial Sığorta Fondu arasında imzalanıb.

Sənəd iki ölkənin müvafiq qurumları arasında əməkdaşlığı inkişaf etdirməyi və sosial təminat sahəsində praktik təcrübə mübadiləsini nəzərdə tutur.

Qazaxıstan Dövlət Sosial Sığorta Fondu İdarə Heyətinin sədr müavini Marat Janibekovun sözlərinə görə, imzalanan sənəd sistemli ikitərəfli əlaqələri, müntəzəm təcrübə mübadiləsini və beynəlxalq platformalarda əməkdaşlığı nəzərdə tutur.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
41
1
azertag.az

2Mənbələr