AZ

Braziliya millisində daha bir itki DÇ 2026 nı buraxacaq

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Braziliya millisində daha bir itki - DÇ-2026-nı buraxacaq

Braziliya millisinin və "Real"ın futbolçusu Eder Militao DÇ-2026-nı buraxacaq.

QOL.az xəbər verir ki, bu haqda insayder Fabritso Romano məlumat yayıb.

28 yaşlı mərkəz müdafiəççisi ciddi zədədən sonra Finlandiyada müayinə olunub. Mütəxəssislər tərəfindən aparılan əlavə müayinə sol bud zədəsinin ciddiliyini təsdiqləyib. Oyunçu yaxın gələcəkdə əməliyyat olunacaq və onun meydana oktyabr ayına qədər qayıdacağı gözlənilmir.

Militao bu mövsüm "Real" ilə bütün turnirlərdə 21 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Real"da çıxış edən Braziliya millisinin daha bir üzvü Rodriqo da zədə səbəbindən mundialı buraxacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
39
3
qol.az

4Mənbələr