Rusiya arxeoloqu Aleksandr Butyagin Polşa həbsxanasından azad edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Tarixçi və Ermitajın əməkdaşı Aleksandr Butyagin Polşada həbsdən azadlığa buraxılıb.
O, Polşa ilə Belarus arasında həyata keçirilən “beşin beşə” formulası üzrə məhbus mübadiləsi nəticəsində azad olunan şəxslərin siyahısına daxil edilib.
Hazırda Rusiya vətəndaşı Belarus ərazisindədir.
Qeyd edək ki, arxeoloq ötən ilin dekabr ayında Polşadan tranzit keçərkən beynəlxalq axtarış qərarı əsasında saxlanılmışdı.
Ukrayna xüsusi xidmət orqanları Butyagini Krımda arxeoloji qazıntılar apardığı üçün təqib edirdi və Kiyev onun ekstradisiya edilməsinə çalışırdı.
Xuraman Etibarlı
İnterpress.az