AZ

“Fənərbağça” yenidən seçkilərə gedir Saran namizəd olmayacaq

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Fənərbağça”da növbəti prezident seçkilərinin vaxtı məlum olub.

Yeniavaz.com xəbər verir ki, bunu klubun prezidenti Sadettin Saran açıqlayıb.

“İcmamıza bildirmək istəyirəm ki, növbədənkənar seçki 6-7 iyun tarixlərində keçiriləcək”, - “Fənərbağça” prezidenti bildirib.

Saran, həmçinin bu seçkidə “Fənərbağça” prezidentliyinə namizəd olmayacağını qeyd edib.

“Fənərbağça” prezidentliyinə namizədliyini açıqlayan adlar arasında Hakan Safi, Oktay Uludoğan və Barış Göktürk də var. TFF-nin keçmiş prezidenti Mehmet Ali Aydınların da namizədliyini irəli sürməyə hazırlaşdığı bildirilir. Əziz Yıldırım isə daha əvvəl namizədliyini irəli sürməyəcəyini açıqlayıb.

Seçki prosesi ilə yanaşı klubda da mühüm dəyişikliklərin baş verəcəyi gözlənilir.

Qeyd edük ki, ilk mərhələdə kifayət qədər səs çoxluğu təmin olunmasa, seçkilərin ikinci mərhələsi baş tutacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
4
yeniavaz.com

5Mənbələr