AZ

Azərbaycanın həyata keçirdiyi təşəbbüslər qlobal miqyasda humanizmin təşviqinə xidmət edir ŞƏRH

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 28 aprel, AZƏRTAC

Azərbaycan humanitar sahədə beynəlxalq əməkdaşlığın inkişafını öz xarici siyasət prioritetlərinin mühüm istiqamətlərindən biri kimi müəyyənləşdirir. Bu kontekstdə ölkəmiz tərəfindən həyata keçirilən təşəbbüslər yalnız regional deyil, eyni zamanda, qlobal miqyasda həmrəylik, qarşılıqlı dəstək və humanizm prinsiplərinin təşviqinə xidmət edir. Xüsusilə Ukraynaya göstərilən çoxşaxəli dəstək bu siyasətin praktik təzahürü kimi diqqət çəkir. Belə ki, münaqişədən zərər çəkmiş əhaliyə, xüsusən də uşaqlara yönəlmiş humanitar yardım proqramları, onların sosial rifahının yaxşılaşdırılmasına və psixoloji sabitliyinin bərpasına mühüm töhfə verir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı Asim Mollazadə söyləyib.

O bildiirib ki, Azərbaycanın dəstəyi ilə Ukraynada təhsil infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən layihələr ölkəmizin uzunmüddətli və davamlı inkişaf məqsədlərinə sadiqliyini nümayiş etdirir. Bu təşəbbüslər Azərbaycanın beynəlxalq humanitar hüquqa və ümumbəşəri dəyərlərə əsaslanan siyasətinin bariz nümunəsi kimi qiymətləndirilir. Həyata keçirilən bu fəaliyyətlər ölkəmizin qlobal miqyasda etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.

“Azərbaycan ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq münasibətləri dinamik inkişaf mərhələsindədir. Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar ikitərəfli əlaqələrin daha da möhkəmlənməsinə şərait yaradır. Bununla paralel olaraq, müdafiə sənayesi sahəsində qarşılıqlı əməkdaşlıq perspektivləri də diqqət mərkəzindədir və bu sahədə tərəfdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin formalaşmaqdadır”,- deyə deputat A.Mollazadə qeyd edib.

Deputatın sözlərinə görə, qeyd olunan reallıqlar bir daha təsdiq edir ki, Azərbaycanın çoxtərəfli əməkdaşlıq siyasəti beynəlxalq etimadın artmasına, ölkəmizin regionda mühüm əməkdaşlıq və dialoq mərkəzlərindən birinə çevrilməsinə töhfə verir. Azərbaycan və Ukrayna arasında mövcud münasibətlərin gələcəkdə daha da dərinləşəcəyi, humanitar, iqtisadi və strateji sahələrdə yeni əməkdaşlıq imkanlarının yaranacağı ilə bağlı nikbin proqnozlar irəli sürülür.

“Azərbaycan beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlarda daim bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət və etibarlılıq prinsiplərinə sadiq qaldığını vurğulayır və bu prinsipləri əməli fəaliyyəti ilə ardıcıl şəkildə təsdiq edir. Bu isə ölkəmizin qlobal əməkdaşlıq sistemində konstruktiv və təşəbbüskar aktor kimi rolunu daha da gücləndirir”,- deyə A.Mollazadə əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
azertag.az

2Mənbələr