AZ

Zaur Kamalın yerinə verilişi o aparacaq - FOTO 

Ötən gün Zaur Kamalın ARB kanalında yeni layihəsinin yayımlanacağı barədə məlumat vermişdik. Yayılan xəbərdə Zaur Kamal verilişi özünün aparacağı ilə bağlı rəsmi təsdiqləmişdi. Daha sonra  kanalın direktor müavini Vüsalə Vəliyeva saytımıza özəl açıqlama verərək yeni layihənin olacağını, ancaq Zaurun efirə olmayacağını bildirmişdi. 


Manset.az-ın əldə etdiyi məlumata görə, ARB-də Zaur Kamalın verilişinin yerində yayımlanacaq layihənin adı "Axşam 7"də adlanacaq.  Proqramı tanınmış xanəndə, "Xalq ulduzu" yarışının iştirakçısı Gülzar Fərəcova aparacaq. Verilişin konsepsiyasında milli musiqinin daha çox təbliği, keçmişdən bu günə qədər qorunan adət ənənələrin təbliğinə yönələcək. 

Qeyd edək ki, martın 18-dən etibarən “Həmin Zaur” və “Səni axtarıram” verilişləri dayandırılaraq efirdən qaldırılıb.

Manşet.az

Seçilən
63
8
manset.az

9Mənbələr