AZ

Koloradoda kişi 60 min parçalı dünyanın ən böyük pazlını 4 iləTAMAMLADI

Koloradoda bir kişi dünyanın ən böyük pazlını (pazl tapmaca) tamamlayaraq rekord ölçülü bir işə imza atıb.

Redaktor.az xəbər verir ki, bu barədə KRDO məlumat yayıb.

Məlumata görə, Lu Salas adlı şəxs 60 min parçadan ibarət nəhəng tapmacanı dörd il ərzində və ümumilikdə 800 saatdan çox vaxt sərf edərək yığıb. Layihə “Dowdle” şirkətinin hazırladığı dünyanın ən böyük pazlı kimi tanınır.

Tapmaca 60 ayrı qutuda təqdim olunub və hər qutuda 1000 parça yer alıb. Salas bu çətin işdə səkkiz yaşlı nəvəsinin də ona kömək etdiyini bildirib.

Tamamlanmış görüntü dünyanın yeddi qitəsini və yüzlərlə görməli yerini əks etdirir. Nəhəng pazl o qədər böyük olub ki, demək olar ki, bütün qarajı tutub və içərisində üç avtomobil yerləşə biləcək qədər sahəni əhatə edib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
66
1
redaktor.az

2Mənbələr