AZ

Qusar və Şabranda yollar və körpülər bərpa olunacaq

Bakı.Trend:

Qusar rayonunda Qusar–Əniq–Laza yolunun 35-ci km-də 4 ədədborunun, yolun hərəkət hissəsinin bərpası və 2 yerdə yeni körpününtikintisi həyata keçiriləcək.

Trend-inməlumatına görə, bu, Bakı şəhərində və Azərbaycanın müxtəlifbölgələrində güclü leysan yağışları və yaranan sel sularınəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması iləbağlı görüləcək işlərin siyahısında yer alıb.

Həmçinin Şabran rayonunda Düzbilici–Vələsi–Çinarlar yolunun 5-cikm-də yolun, 8-ci km-də 1 ədəd borunun, 16-cı və 18-ci km-də 2 ədədkörpünün bərpası həyata keçiriləcək.

Qeyd edək ki, görüləcək işlərin icrası Azərbaycan AvtomobilYolları Dövlət Agentliyinə (AAYDA) tapşırılıb.

Məqalədə:
Seçilən
67
3
az.trend.az

4Mənbələr