AZ

İran 60 gündür “rəqəmsal qaranlıq” vəziyyətindədir

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

İranda internet məhdudiyyətlərinin davam etdiyi və ölkənin uzunmüddətli “rəqəmsal qaranlıq” vəziyyətində olduğu bildirilir.

Redaktor.az xəbər verir ki, "NetBlocks" monitorinq qrupu İranın rəqəmsal qaranlıq vəziyyətinin çərşənbə axşamı 60-cı gününə çatdığını açıqlayıb.

Qurumun “X” platformasında yaydığı məlumatda qeyd olunur ki, ölkədə internetə çıxış əsasən məhdudlaşdırılıb və əhali qlobal şəbəkədən böyük ölçüdə təcrid olunub.

Paylaşımda bildirilib ki, mövcud göstəricilər hakimiyyətin bəzi imtiyazlı qruplar üçün mərhələli internet çıxışı tətbiq etmək cəhdlərinə baxmayaraq, kəsintinin 1416 saatı keçərək 60 gündür davam etdiyini göstərir.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
29
1
redaktor.az

2Mənbələr