AZ

Buryatiyada mədən fəhlələri uçqun altında qalıblar

Moskva, 28 aprel, AZƏRTAC

Buryatiyadakı (Rusiya) “İrokinda” mədənində altı nəfərin uçqun altında qaldığı bildirilir.

AZƏRTAC Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, hadisə zamanı doqquz fəhlə xidməti yolu təmizləyirdi. Onlardan üç nəfər özləri xilas ola bilib. Axtarış-xilasetmə əməliyyatları aparmaq üçün hadisə yerinə xilasediciləri daşıyan Mi-8 helikopteri göndərilib.

İnsidentlə bağlı cinayət işi açılıb.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
Seçilən
41
1
azertag.az

2Mənbələr