AZ

Buryatiyada mədəndə QAR UÇQUNU: 6 nəfər torpaq və qar kütləsinin ALTINDA QALDI

Buryatiyadakı “İrokinda” mədənində qar uçqunu olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Buryatiyada yerləşən “İrokinda” mədənində ağır hadisə baş verib. Qarın uçması nəticəsində 6 nəfər uçqun altında qalıb.

Məlumata görə, dağ-mədən şirkətinin üç işçisi hadisə yerindən müstəqil şəkildə çıxa bilib.

Hazırda uçqun altında qalan digər şəxslərin xilas edilməsi istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
65
7
interpress.az

8Mənbələr