AZ

Bu il bağça müəllimləri ilk dəfə sertifikatlaşdırma imtahanı verəcək - Eşqi Bağırov

Bakı. Trend:

Bu il bağça müəllimləri - metodistlər və tərbiyəçi müəllimlər dəilk dəfə olaraq sertifikasiya imtahanından keçiriləcək.

Trend xəbərverir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə DövlətAgentliyinin direktoru Eşqi Bağırovun media üçün keçirilənbrifinqdə bildirib.

Onun sözlərinə görə, müəllimlərin sertifikatlaşdırılmasıprosesinin bu il sonuncu mərhələsi keçirilir:

"İndiyədək bu prosesə 80 mindən çox müəllim cəlb olunub, cariildə isə bu rəqəmin 100 minə çatdırılması nəzərdə tutulur. Bu iltəxminən 20 min müəllim ilk dəfə sertifikatlaşdırmadan keçəcək.Sentyabr ayından etibarən sertifikatlaşdırmada yüksək nəticəgöstərərək əməkhaqqı artımı alan müəllimlərin sayının 90 minəçatdırılması planlaşdırılır. Sertifikasiya imtahanlarının təxminivaxtı isə 17-25 iyul tarixlərində nəzərdə tutulub".

Seçilən
14
az.trend.az

1Mənbələr