AZ

Vətəndaş müraciətlərinə dair yeni tələblər MÜƏYYƏNLƏŞİR

Ajans.az xəbər verir ki, iclası açan komitə sədri Zahid Oruc gündəliyə bir məsələnin- “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinin (birinci oxunuş) daxil edildiyini söyləyib. Məsələ barədə məlumat verən komitə sədri bildirib ki, qanun layihəsində edilən dəyişikliklərin əsas məqsədi elektron hökumət mexanizmlərinin hüquqi əsaslarını daha da təkmilləşdirmək, dövlət idarəçiliyində operativliyi və səmərəliliyi artırmaqdır. Layihə vətəndaş müraciətlərinin Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən daha çevik və şəffaf idarə olunmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və rəqəmsallaşma prosesinin gücləndirilməsini nəzərdə tutur. Eyni zamanda, qanun layihəsində edilən dəyişikliklər təkrar xarakterli müddəaların aradan qaldırılmasına və prosedurların optimallaşdırılması ilə dövlət tənzimlənməsinin daha effektiv həyata keçirilməsinə xidmət edəcək.

Müzakirələrdən sonra onlayn iclasın gündəliyində olan qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.(apa)

Seçilən
23
5
Ajans.az

7Mənbələr