AZ

İki qatar toqquşdu: Ölənlər var

İndoneziyada baş verən qatar qəzasında 4 nəfər həyatını itirib, 38 nəfər yaralanıb. 

"Cebheinfo.az" xəbər verir ki, "Antara News" saytının verdiyi məlumata görə, Qərbi Yava bölgəsinin Bekasi şəhərində "Argo Bromo Anggrek" uzaqməsafəli qatarı Bekasi Timur stansiyasında gözləyən şəhərətrafı qatara çırpılıb.

Qəzada 38 nəfər isə xəsarət alıb. 

Dövlət dəmir yolları müəssisəsi "PT Kereta Api Indonesia" (Persero) rəsmisi Ann Purba etdiyi açıqlamada "Argo Bromo Anggrek" qatarındakı sərnişinlərin təhlükəsiz şəkildə təxliyə edildiyini bildirib. 

Seçilən
21
cebheinfo.az

1Mənbələr