AZ

Salyan məktəblisi dünya çempionu oldu

Salyan məktəbliləri Türkiyənin İstanbul şəhərində şotokan karate üzrə keçirilən 16-cı dünya çempionatında uğurlu çıxış ediblər. 

AzEdu.az xəbər verir ki, çempionatda beynəlxalq dərəcəli hakim, V dan qara kəmər sahibi, təcrübəli məşqçi-müəllim Seymur Məmmədovun rəhbərliyi ilə çıxış edən Salyan karateçilərindən Elmir Xəlilov 16–17 yaş kateqoriyasında 68 kq çəki dərəcəsində I yerə layiq görülüb. Nahid Amanov isə gənclər arasında II yerin sahibi olub.

Hər iki idmançı Salyan rayonu, Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.

Seçilən
65
azedu.az

1Mənbələr