AZ

Güclü külək əsir, duman var FAKTİKİ HAVA

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Aprelin 28-i saat 10:00-a olan faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Goranboyda 23, Naftalanda 19, Şabranda 16 m/s-yə çatır.

Düşən yağıntının miqdarı Şahbuzda 12, Qrızda 9, Xınalıqda 8, Ordubad, Tərtərdə 3, Göygöl, Şamaxı, Astara, Ağdam, Culfa, Naxçıvanda 2, Şərur, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Quba, Qusar, Xaçmaz, Qəbələ, Oğuz, İsmayıllı, Şəki, Xaltan, Şabran, Bərdə, Yevlax, Göyçay, Mingəçevir, Kürdəmir, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Füzulidə 1 mm-dir.

Şuşa, Xankəndi, Qrız, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
15
icma.az

10Mənbələr