AZ

Gözlərin qaralması hansı gizli xəstəliyin əlamətidir?

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Göz qaralması çox vaxt zərərsiz səbəblərlə bağlı olsa da, bəzi hallarda ciddi problemlərin siqnalı ola bilər.

Demokrat.az xəbər verir ki, bu sözləri Rusiyalı kardioloq Sergey Veçtomov deyib. Həkim bu simptomun arxasında duran əsas səbəbləri izah edib.Onun sözlərinə görə, ən yayılmış səbəblərdən biri arterial təzyiqin qəfil düşməsidir. Bu zaman beyin kifayət qədər qanla təmin olunmur və nəticədə insanın gözləri qaralır, başgicəllənmə hiss olunur.Həkim bildirir ki, anemiya da eyni simptomu yarada bilər. Qanda oksigen daşıyan hüceyrələrin azalması beynin oksigenlə təminatını zəiflədir və bu da görmənin müvəqqəti qaralmasına səbəb olur.

Bundan başqa, qanda şəkərin aşağı düşməsi də təhlükəli faktor sayılır. Bu halda göz qaralması ilə yanaşı, güclü zəiflik və tərləmə də müşahidə oluna bilər.Veçtomov əlavə edib ki, ürək-damar sistemi ilə bağlı problemlər, xüsusilə ürək ritm pozuntuları beyinə gedən qan axınında qısamüddətli fasilələr yarada bilər. Bu isə özünü məhz göz qaralması kimi göstərir.Eyni zamanda, bəzi hallarda bu simptom təhlükəli olmaya da bilər. Məsələn, insanın qəfil ayağa qalxması və ya güclü yorğunluq da müvəqqəti göz qaralmasına səbəb ola bilər.Həkim vurğulayır ki, əgər bu hal tez-tez təkrarlanırsa və əlavə simptomlarla müşayiət olunursa, mütləq tibbi müayinədən keçmək lazımdır.İsmayıl

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
63
demokrat.az

1Mənbələr